AZ

“İvanaşvili kölgəsində olan hökumətin azərbaycanlılara qarşı ayrı seçkiliyi yolverilməzdir” ŞƏRH

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Aprelin 29-da Marneuli bələdiyyəsinin Şulaveri kəndində kənd təsərrüfatı məhsullarının satışı zamanı yaranan çətinliklərlə bağlı fermerlər etiraz aksiyası keçiriblər. 

Gürcüstanın sabiq prezidenti Mixail Sakaaşvili də Marneulinin Şulaver kəndində fermerlərin keçirdiyi aksiyaya münasibət bildirib.

Saakaşvili Marneuli fermerləri ilə həmrəy olduğunu bəyan edib.

O, bütün müxalifəti səfərbər olmağa çağırıb:

“Mənim həmrəyliyim Marneulidəki fermerlərlədir! Mən vaxtilə regionda etnik azərbaycanlıları təzyiqdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ucbatından bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluğa sürükləyib. Bütün Tiflis müxalifətini Marneuliyə getməyə, Kvemo Kartli kəndlərinə çıxmağa, faktlar toplamağa və vətəndaşlarımızın yanında olmağa çağırıram. Studiyalarda oturmağınız və mənasız yazılar yazmağınız bəsdir!

Heç olmasa, bir dəfə xalqa faydalı olun, onların yanında durun və birləşin”.

Gununsesi.info  -ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki,  Gürcüstanda soydaşlarımıza qarşı  İvanaşvili kölgəsində olan hökumətin ayrı -seçkilik siyasəti yolverilməzdir.

“Gürcüstanda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara şərait yaradılmalı və onların hüquqları, tələbləri yerinə yetirilməlidir.

Gürcüstan hökuməti demokratik ənənələrdən uzaqlaşmaqla yanaşı çox yanlış bir siyasət həyata keçirir. Rusiya bu ölkədə istədiyi ssenarini tətbiq edir”,-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
icma.az

1Mənbələr