
Türkiyə mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin səkkizinci sammitinə dəvət olunub.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, sammitə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta və Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.
Qeyd olunub ki, Avropa ölkələri arasında əməkdaşlığı, dialoqu və koordinasiyanı ən yüksək səviyyəyə qaldırmağı hədəfləyən görüşdə yalnız dövlət və hökumət başçıları iştirak edə bilər.
Məlumata görə, Kanadanın Baş naziri Mark Karni görüşdə xüsusi qonaq kimi iştirak edəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə qədər Avropa Siyasi Birliyinin üç sammitində iştirak edib.
Daşqın HəsənovMissiya.Az