ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yolu xətlərinin modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında yolların yenilənməsini davam etdirir.Bu barədə BUTA.TV-a ADY-dən məlumat verilib. Bildirilib ki, görülən işlər bu sahə üzrə daha təhlükəsiz və daha optimal hərəkət sxeminin tətbiqinə imkan verəcək.