AZ

Qazaxıstan vətəndaşı Almaniyada casusluq şübhəsi ilə saxlanıldı

Qazaxıstan Xarici İşlər Nazirliyi Almaniya hakimiyyətinə rəsmi sorğu göndərib.

Bizim.Media xəbər verir ki, buna Qazaxıstan vətəndaşının Almaniyada casusluqda şübhəli bilinərək saxlanılması səbəb olub.

Qazaxıstan XİN-dən bildirilib ki, məsələ nəzarətə götürülüb və Almaniya tərəfinin cavabı gözlənilir.

Hələlik saxlanılan şəxsin kimliyi və ona qarşı irəli sürülən ittihamların detalları açıqlanmayıb.

Bizim.Media

Seçilən
39
bizim.media

1Mənbələr