AZ

I rüb Xalq Sığorta üçün uğurlu keçmədi Yığımlarda azalma

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cari ilin I rübünə görə, "Xalq Sığorta”nın yığımlarında azalma müşahidə olunub.

Valyuta.az xəbər verir ki, I rübdə sığorta şirkətinin yığımları 7 milyon 282 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu məbləğ 7 milyon 647 min manat olub.

Bu, illik müqayisədə yığımlarda 365 min manat və ya 4,77% azalma deməkdir.

Ödənişlərdə isə illik müqayisədə 591 min manat və ya 32,68% artım qeydə alınıb.

Belə ki, 2026-cı ilin I rübündə şirkət 2 milyon 399 min manat ödəniş edib, ötən ilin eyni dövründə isə bu göstərici 1 milyon 808 min manat təşkil edib.

Hesablamalara əsasən, "Xalq Sığorta” cari ilin I rübündə hər 100 manat yığımın 32,94 manatını ödənişə ayırıb. Bu göstərici 2025-ci ilin müvafiq dövründə 23,64 manat olub.

Yığımların azalması və ödənişlərin artması fonunda şirkətin zərərliliyi illik müqayisədə 9,3 faiz bəndi artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
qaynarinfo.az

1Mənbələr