"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu tur matçında doğma meydanda "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, qollardan birini Kriştiano Ronaldo vurub. Bu, onun karyerasında 970-ci qol olub.
Oyundan sonra Ronaldo müsahibə verməyə gedib və rəqib komandanın azarkeşlərindən biri portuqaliyalı ulduza istehza etməyə başlayıb.
Kriştiano buna birbaşa müsahibə zamanı cavab verib. 41 yaşlı forvard əlini açaraq 5 rəqəmini göstərib və ardından deyib: "Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, beş!"
Heybət