Ayna saytına istinadən ain.az xəbər verir.
CENTCOM Yaxın Şərqə “Dark Eagle” hipersəs raketlərinin yerləşdirilməsini istəyib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı mümkün istifadə üçün Yaxın Şərqə “Dark Eagle” hipersəs raketlərinin yerləşdirilməsini istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
CENTCOM bu istəyini İslam Respublikasının təxminən 300 mil (482 kilometr) məsafədəki hədəfləri vura bilən dəqiq zərbə raketlərinin mənzilindən kənarda yerləşdirməsi ilə əsaslandırır.
Agentliyin mənbəyi əlavə edib ki, Yaxın Şərqdə hipersəs silahların yerləşdirilməsi ilə bağlı qərar hələ verilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.