Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Sabah"ın xorvatiyalı legioneri İvan Lepiniça Sportal.az saytına müsahibə verib.
- "Sabah" "Karvan-Yevlax"la matçda 2:0 hesabı ilə qalib gəldi. Matçı necə şərh edərdin? Hər şey istədiyiniz kimi alınmadı?
- Ən vacibi sonda qazanılan üç xaldır. İlk hissədə bir az çətinlik çəkirdik. Amma yenə də çoxlu qol şansları yaratdıq və ilk qoldan sonra daha asan oldu. Sonda da qələbə qazandıq, aktivimizə üç xalı yazdırdıq.
- “Karvan-Yevlax” autsayderdir və böyük hesabla qalib gələcəyinizi də gözləyənlər az deyildi. Səncə, nəyə görə bu qədər çətin oldu?
- Hamı qalib gəlməyin asan olduğunu düşünür. Ancaq bu gün heç bir rəqibə qarşı qalib gəlmək asan deyil. Hər oyuna eyni yanaşırıq, hər rəqibə də eyni yanaşırıq. Heç bir komandaya qarşı asan olmur.
- Qarşıdakı turda çempionluğu rəsmiləşdirə bilərsiniz. Yaxşı mənada, sevinc həyəcanı var artıq?
- Bəli, çempionluğa çox yaxınıq. Amma hələ heç nə qazanmamışıq. Yaxşı hazırlaşacağıq və əlbəttə ki, növbəti oyunda qalib gəlib çempion olmaq istəyirik. İndi o matça fokuslanmışıq.
- "Sabah"ın çempionluğu bəlkə də çoxları üçün sürpriz oldu. Çünki "Qarabağ" çox güclü görünürdü. “Sabah” bu mövsüm yüksək performans göstərdi. Hətta "Qarabağ"a 5 oyunda da uduzmadınız. Bunu necə etdiniz və “Qarabağ” üzərindəki qələbələr sizə daha da yüksək motivasiya verdi?
- Düşünürəm ki, bu mövsüm lap əvvəldən çox yaxşı oynadıq. Hamımız çempion ola biləcəyimizə və bizim mövsümümüz olduğuna inanırdıq. Yaxşı tərəfi odur ki, həmişə özümüzə güvənirdik və qalib gəlməyə başlayanda sahib olduğumuz potensialı və hətta ən yaxşıları belə məğlub etməyin mümkün olduğunu gördük. “Qarabağ”a üç dəfə qalib gəlsək də, siz yalnız deyirsiz ki, onlara uduzmadınız...
- "Sabah"ın hətta kuboku qazanmaq ehtimalı da yüksəkdir. Finaldakı rəqib "Zirə"dir. "Qızıl dubl" mümkündür?
- Hər şey mümkündür. Biz buna mütləq ki, inanırıq, amma dediyim kimi, hələ heç nə qazanmamışıq. Finalda kiminlə oynamağımızdan asılı olmayaraq, çətin olacaq. Ən yaxşı şəkildə hazırlaşmalıyıq.
- Əsas gözləntilər isə Avropada olacaq. Çempionlar Liqasına gedəsi olsanız, orada da uğur qazanmaq mümkün olacaq? Yəqin ki, indi bu haqda çox da düşünmürsüz. Amma arada-bir bu haqda fikirləşirsiz?
- Düşünürəm ki, hər bir futbolçu Çempionlar Liqasında oynamaq istəyir. Hamımız bunu arzulayırıq. Ən yaxşılarla rəqabət aparmaq istəyirik.
- “Sabah"da yaxşı mövsüm keçirirsən. Sənə Avropadan təkliflər var, yoxsa hazırkı komandada qalmaq istəyirsən?
- Hazırda bu barədə düşünmürəm. Burada xoşbəxtəm. Biz hələ mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq.
Mirbağırağa
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.