AZ

Əfsanə "Real"a qayıdır: Danışıqlar başladı

Keçmiş futbolçu Toni Kroos "Real"a qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilir ki, İspaniya nəhəngi artıq klub əfsanəsinin geri dönüşü ilə bağlı danışıqlar aparır. "Kral klubu" hətta Kroos üçün yeni rol da hazırlayıb.

36 yaşlı almaniyalı əfsanə klubun idman strukturunda vəzifə tuta bilər. Gözlənilir ki, Toni heyətin planlaşdırılmasında iştirak edəcək, klubun maraqlarını təmsil edəcək və məşq prosesi zamanı komandaya dəstək verəcək.

Əgər Kroos Madrid klubuna qayıtmağa razılaşsa, o, prezident Florentino Peres və "Real"ın digər rəhbər şəxsləri ilə sıx əməkdaşlıq edəcək.

Seçilən
51
publika.az

1Mənbələr