AZ

Mehmet Alper “Yeni Müsavat”ın qonağı oldu - FOTOLAR

Azərbaycan-Türkiyə Gəncləri Dostluq Cəmiyyəti və Ülkü Ocaqlarının başqanı Mehmet Alper Bakıdadır. O, səfəri zamanı “Yeni Müsavat” Media Qrupunun redaksiyasını ziyarət edib.

Türkiyəli qonaq media qurumunun rəhbəri Rauf Arifoğlu ilə görüşüb. Söhbət zamanı iki qardaş ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ictimai və media institutlarının rolu xüsusi qabardılıb. İki dövlətin qardaşlığının tarixi kökləri, ortaq dəyərlər və bu əlaqələrin güclənməsində medianın rolu xüsusi vurğulanıb.

Mehmet Alper Azərbaycanda böyük hörmət və səmimiyyətlə qarşılandığını xüsusi vurğulayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Ziyarətdə Mehmet Alperi təşkilatın üzvləri olan tanınmış Azərbaycan idmançısı Məhəmmədhüseyn Həsənov və Amil Məhərrəmli müşayiət ediblər.

 

WhatsAppCavanşir Abbaslı,
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr