Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tbilisi, 30 aprel, AZƏRTAC
Gürcüstanda beynəlxalq əhəmiyyətli Tbilisi-Bakursixe-Laqodexi avtomobil yolunda yeni körpünün tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Nəqliyyat Departamenti məlumat yayıb.
Bildirilib ki, eni 14,6 metr, uzunluğu 31,7 metr olan körpünün iki dayağı var.
Layihə dövlət büdcəsindən maliyyələşdirilib və onun dəyəri 1.768.900 lari təşkil edib.
Qeyd edək ki, bu körpü Gürcüstandan Azərbaycana gedən beynəlxalq əhəmiyyətli yoldadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.