AZ

Paşinyan Xankəndidəki qanunsuz tikililərin sökülməsindən danışdı

"Gəlin belə bir vəziyyəti simulyasiya edək ki, demarkasiya nəticəsində Artsvaşen (Başkənd - red.) Ermənistan Respublikasının nəzarəti altına qayıdır. Biz gedib orada, məsələn, 2016-cı ildə böyük bir məscidin tikildiyini görürük, reaksiyamız necə olmalıdır?"

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib. 

O, Xankəndi şəhərində yerləşən qanunsuz tikililərin sökülməsi ilə bağlı verilən sualı belə cavablandırıb: "Məsələn, həmin məscidin ərazisi ilə bağlı olaraq, mülkiyyət sənədlərini gətirən Ermənistan Respublikasının vətəndaşları olacaq. Deyəcəklər ki, bu torpaqlar bizim idi və sair. Biz də o zaman belə bir qərar qəbul etməliyik. Tarixi və mədəni abidə dedikdə, onun müəyyən kateqoriyalara aid olan bir abidə olduğunu başa düşməliyik. Bir daha demək istəyirəm ki, xüsusən də Başkənd nümunəsini unutmayaq, çünki həmin anda Başkəndin bütün ərazisində tarixi və mədəni abidələrin olduğu ortaya çıxa bilər, o zaman biz nə edəcəyik?"

Ağarza Elçinoğlu 

Seçilən
76
3
unikal.az

4Mənbələr