AZ

Forum iştirakçısı: Avropa İttifaqına və digər regionlara çıxış imkanları Azərbaycanı mərkəzi əlaqə nöqtəsinə çevirir

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycanın qonaqpərvərliyi, eləcə də Bakı Təşəbbüs Qrupunun dəstəyi gənclər forumunda iştirakımda əsas rol oynayıb. Tarixi baxımdan zülm və işğala qarşı mübarizə apararaq müstəqillik əldə etmiş bir ölkə kimi Azərbaycan belə dialoqlar üçün uyğun bir platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq gənclər forumunun iştirakçısı, “Sigh Federation Canada” təşkilatının marketinq və ictimaiyyətlə əlaqələr üzrə direktoru Akashdeep Singh bildirib.

O qeyd edib ki, Afrika və digər koloniyalaşdırılmış ölkələrə yaxınlığı, həmçinin Avropa İttifaqına və digər regionlara çıxış imkanları Azərbaycanı mərkəzi bir əlaqə nöqtəsinə çevirir. Bundan əlavə, ölkənin bu cür müzakirələrə açıq və dostyana yanaşması da Azərbaycanın seçilməsində vacib amildir.

Seçilən
24
azertag.az

1Mənbələr