AZ

Paşinyan: İş adamlarımız Azərbaycanla birbaşa əlaqə vuracaq

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və Azərbaycandan olan iş adamları əvvəllər iki ölkənin hökumətləri vasitəsilə mal siyahıları mübadiləsi aparsalar da, artıq buna ehtiyac yoxdur.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O izah edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər: "Hazırda bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur".

Baş nazir müəyyən dairələrin hədəfinə çevrilməmək üçün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən iş adamlarının adlarını açıqlamayacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
3
yenisabah.az

7Mənbələr