AZ

Eşli Yanq karyerasının son matçına çıxır: Bu, inanılmaz səyahət idi

ain.az bildirir, Fanat portalına istinadən.

"İpsviç Taun"nun 40 yaşlı futbolçusu Eşli Yanq mayın 2-də peşəkar futbolçu karyerasının son matçına çıxacağını bəyan edib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında Çempionşipin 46-cı turu çərçivəsində "Kuinz Park Reyncers"i qəbul edəcəkləri görüşün ardından butslarını mıxdan asacağını bildirib:

"Sefton Roud"dan "Vikaric Roud"a, "Villa Park"dan "Uembli"yə, "Old Trafford"dan "San-Siro"ya, yenidən "Villa Park"a, ardından "Qudison Park"a və nəhayət "Portman Roud"a... Bu, inanılmaz səyahət idi. Beləsini uşaqlıqda yalnız arzulaya bilərsən! Amma istənilən arzunun finalı olmalıdır. Şənbə günü çıxacağımız görüş isə peşəkar karyeramda ola bilsin ki, sonuncudur. 23 il - vəssalam! Ardı var..."

Xatırladaq ki, Yanq daha öncə "Uotford", "Aston Villa", "Mançester Yunayted", "Everton" və Milan "İnter"inin uğurları üçün çalışıb.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
1
fanat.az

2Mənbələr