AZ

"ABŞ regiondan çıxmalıdır, Fars körfəzi İranın nəzarətində sabitləşəcək" Xamenei

İranın Ali Lideri Müctəba Xamenei regionun gələcəyi ilə bağlı ABŞ-yə qarşı sərt mesajlar verib.

Redaktor.az xəbər verir ki, o, bu fikirləri Milli Fars Körfəzi Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Məlumata görə, Xamenei bildirib ki, regionun gələcəyi ABŞ-nin iştirakından azad olacaq. O qeyd edib ki, Amerika qüvvələrinin Fars körfəzində mövcudluğu təhlükəsizlik üçün əsas problem mənbəyidir.

Bildirilib ki, İranın Hörmüz boğazına nəzarətinin sabitliyin təmin olunmasına və region xalqlarına fayda verəcəyini vurğulayıb.

Qeyd olunub ki, Xamenei çıxışında xarici güclərin regionda yerinin olmadığını bildirərək, onların “yalnız suyun dibində yeri ola biləcəyini” ifadə edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
21
redaktor.az

1Mənbələr