AZ

I rübdə bank əmanətçilərinin depozit gəlirləri 350 mln. manatı ötüb

Bu ilin yanvar–mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər üzrə 357,1 milyon manat faiz ödəyiblər.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin aprel ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) 37 milyard 568.4 milyon manat təşkil edib.

Xatırladaq ki, I rübdə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 342.1 milyon manat faiz gəliri əldə edib.

Seçilən
70
3
apa.az

10Mənbələr