AZ

V Mann Construction hansı qaydanı pozub?

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"V-Mann Construction" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə edilib.

Qaynarinfo-nun məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib olunub.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yazılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, MMC-yə 2025-ci ildə məktub göndərilərək və sənədlərin təqdim edilməsi tələb olunub. Lakin MMC tələbi yerinə yetirməyib.

Məhkəmənin qərarı ilə "V-Mann Construction" MMC İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2 000 manat məbləğində cərimə olunub. Şirkət tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Əks halda, cərimə ödəniləcək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
qaynarinfo.az

1Mənbələr