AZ

"ABŞ-ı batıracağıq"-İranın hədəsi bölgəni silkələdi

Yaxın Şərqdə gərginlik yenidən artır. Son olaraq, İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayinin verdiyi açıqlamalar tezliklə hərbi əməliyyatların yenidən bərpa oluna biləcəyinin anonsudur.

Sitat: “Tarix İran xalqının Amerika supergücünü Fars körfəzində və Oman dənizində batırdığını qeyd edəcək. Biz onların çox sayda hərbi qulluqçusunu əsir götürməyi gözləməliyik”.
Bu açıqlamanın ardından Vaşinqton-Tehran qarşıdurmasının yeni mərhələyə keçə biləcəyi ilə bağlı sualların sayı durmadan artır.

Tehran niyə bu qədər açıq və sərt mesajlar verir? Bu çıxışlar real hərbi xəbərdarlıqdır, yoxsa qarşı tərəfə ünvanlanan psixoloji təzyiq elementidir?
Bakı


MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında vəziyyətin bundan sonra daha da gərginləşəcəyini bildirib: “ABŞ və İran arasında davam edən qeyri-müəyyən atəşkəs rejimi davam edir. Amma, tərəflər bir-birinə qarşı siyasi-hərbi təzyiqlər baxımından açıqlamalar verir. ABŞ-ın İrana qarşı blokadanı davam etdirməsi və bunu uzun müddətli nəzərdə tutması Tehranı çətin vəziyyətlə üzləşdirir. Ölkədə iqtisadi problemlər sosial problemlərə yol açır. ABŞ İran ətrafına təyyarələr, gəmilər gətirməklə hərbi təzyiqləri artırır. İranı faktiki SEPAH komandanı Vahidi idarə edir. Açıqlamalar da konkret SEPAH rəsmiləri tərəfindən verilir. SEPAH-ın “geri çəkilməyəcəyik və zərbə endirəcəyik” açıqlaması əsasən növbəti müharibənin qarşısını almağa hesablanıb. İran Hörmüzdə neft terminallarıni vura bilər. Təbii ki, qarşılıqlı olaraq ABŞ-da İranın neft terminallarını vuracaq. Həmçinin körfəz ölkələri də müharibəyə qoşula bilər.

Çünki İran-ın BƏƏ, Səudiyyə Ərəbistanı və Küveytin terminallarını vurması onların cavab addımlarına gətirib çıxaracaq. Bölgədə müharibə vəziyyəti üst səviyyədədir. İran da öz hərbi arsenalını qurur. Amma, bu ABŞ-la uzun müddətli müharibəyə kifayət etmir. ABŞ iqtisadi təzyiqləri artırır. Bu hərbi əməliyyatlardan da İrana böyük zərbədir. İran razılaşmalara getməyincə iqtisadi təzyiqlər davam edəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr