AZ

Pezeşkiyan: Basra körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsrail məsuliyyət daşıyır

Pezeşkiyan:
İran Prezidenti Məsud Pezeşkiyan Basra körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsraili ittiham edib. 1news.az xarici mediaya istinadən xəbər verir ki, “Milli Fars Körfəzi Günü” münasibətilə yaydığı müraciətdə o bildirib ki, körfəzin təhlükəsizliyi yalnız sahilyanı ölkələrin əməkdaşlığı ilə təmin oluna bilər və xarici müdaxilələr regionda gərginliyi artırır.
Pezeşkiyan ABŞ-nin dəniz blokadası və ticarət yollarına məhdudiyyət cəhdlərinin beynəlxalq hüquqa və qlobal sabitliyə zidd olduğunu vurğulayıb.

O əlavə edib ki, İran Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin qorunmasına sadiqdir.

Seçilən
64
1news.az

1Mənbələr