Ajans.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, iş materiallarına görə, B.Muqabe bir nəfərə həqiqi silaha bənzəyən oyuncaq tapança tuşlayıb, həmçinin immiqrasiya qanunvericiliyini pozub. O, Zimbabveyə deportasiya ediləcək. Daha əvvəl B.Muqabe və onun mühafizəçisi Tobias Matonxodzeyə qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülmüşdü. 2026-cı il fevralın 19-da Yohannesburqdakı evdə baş verən atışma nəticəsində xidməti heyət üzvü Sifo Maxlanqu yaralanmışdı. B.Muqabe və T.Matonxodze onunla mübahisə etmiş, bundan sonra onlardan biri işçiyə atəş açmışdı. Məhkəmə T.Matonxodzeni adam öldürməyə cəhddə təqsirli bilərək üç il müddətinə həbs cəzasına məhkum edib. İstintaq belə qənaətə gəlib ki, B.Muqabe özü işçiyə oyuncaq tapança tuşlayıb. Buna görə də qəsdən adam öldürməyə cəhd ittihamı ləğv olunub və ona daha yüngül cəza verilib. B.Muqabe artıq S.Maxlanquya 250 min rend ödəyib və əlavə olaraq daha 150 min rend ödəyəcəyinə söz verib.