AZ

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

Aktual.az xəbər verir ki, ümumi çəkisi 279 ton olan 4 ədəd taxıl, çəkisi 203 ton olan 3 vaqondan ibarət gübrə yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Seçilən
18
36
ulusum.az

10Mənbələr