AZ

Paşinyan Avropa liderlərini İrəvana çağırdı Zelenskinin iştirakı gözlənilir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin üzvlərini İrəvanda keçiriləcək sammitə dəvət etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə hökumət iclasından sonra keçirilən brifinqdə danışıb.

Məlumata görə, o, jurnalistlərin Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitə dəvət olunub-olunmaması ilə bağlı sualına cavab olaraq bütün üzv ölkələrin tədbirə dəvət edildiyini bildirib.

Qeyd olunub ki, daha əvvəl “168 Zham” nəşri diplomatik mənbələrə istinadən Zelenskinin may ayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyini yazmışdı.

Bildirilib ki, sammit mayın 4-də keçiriləcək və tədbirdə dövlət başçıları və digər strukturlar səviyyəsində təxminən 50 yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir.

Məlumata əsasən, 4-5 may tarixlərində İrəvanda həmçinin ilk Ermənistan–Avropa İttifaqı sammiti də baş tutacaq. Görüşdə Ermənistanı Baş nazir Nikol Paşinyan, Avropa İttifaqını isə Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen təmsil edəcək.

Qeyd edilib ki, Fransa Prezidenti Emmanuel Makronun da mayın 5-də Ermənistana səfəri planlaşdırılır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
15
redaktor.az

10Mənbələr