AZ

Prezident İlham Əliyev Ermənistana səfər etməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələri arasında strateji yaxınlıq, əməkdaşlıq, dialoq və koordinasiyanı inkişaf etdirmək məqsədilə yaradılmış Avropa Siyasi Birliyinin (ASB) 8-ci Zirvə toplantısına qatılmayacaq.

“Cebheinfo.az” xəbər verir ki, “Anadolu” agentliyinin yaydığı məlumata görə, toplantı mayın 4-də Ermənistanın paytaxtı İrəvanda baş tutacaq.

Adıçəkilən agentlik Azərbaycan Prezidenti İlham Əliyevin də İrəvana səfər etməyəcəyini yazıb.

“Lakin Türkiyənin vitse-prezidenti orada olacaq. Bu, vitse-prezident Cevdet Yılmazın İrəvana ilk səfəri olacaq və o, Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında iştirak edəcək”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, “Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” mövzusuna həsr olunmuş iclasa Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.

Türkiyə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan ASB-nin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk iclasında iştirak edib.

Rəcəb Tayyib Ərdoğan həmçinin 2024-cü il noyabrın 7-də Budapeştdə və 2025-ci il mayın 16-da Tiranada keçirilən görüşlərə də qatılıb.

Seçilən
71
15
cebheinfo.az

10Mənbələr