AZ

Miras bölgüsündə xüsusi qayda: Kim daha çox pay tələb edə bilər?

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mirasın bölüşdürülməsi zamanı bəzi hallarda qanun xüsusi yanaşma tətbiq edir.

Bu isə vərəsələr arasında pay bölgüsündə mühüm rol oynaya bilər.

Bəzən isə problemlər yaradır.

Bəs qanun bu barədə nə deyir?

Hüquqşünas Uğur Əliyevin Gununsesi.info-ya verdiyi açıqlamaya görə, əgər övlad və ya enən xətt üzrə qohum miras qoyanın əmlakının qorunmasına və ya artırılmasına xüsusi töhfə veribsə, o, miras bölgüsü zamanı əlavə hüquq tələb edə bilər. Belə töhfələrə ailə təsərrüfatında əmək fəaliyyəti, miras qoyanın peşə və ya kommersiya fəaliyyətində iştirak, həmçinin şəxsi vəsait hesabına çəkilən xərclər daxildir. Bu halda həmin şəxs digər qanuni vərəsələrlə bərabərləşdirilməsini tələb edə bilər və bu, miras bölgüsündə onun mövqeyini gücləndirir.

Hüquqşünas o cümlədən deyib:

“Lakin qanun bu qaydaya istisna da nəzərdə tutur. Belə ki, əgər qohum göstərdiyi xidmətlərə görə əvvəlcədən muzd alıbsa, yaxud bu muzd əvvəlcədən razılaşdırılıbsa, o zaman xüsusi töhfə nəzərə alınmır. Eyni zamanda, həmin şəxs göstərdiyi xidmətlərə görə başqa hüquqi əsaslarla tələb irəli sürə bilirsə, miras payının artırılması mümkün olmur”.

Hüquqşünas onu da qeyd edir ki, bu yanaşma miras bölgüsündə ədalətin təmin olunmasına və əmlakın formalaşmasında real töhfə verən şəxslərin hüquqlarının qorunmasına xidmət edir.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
icma.az

1Mənbələr