AZ

“Ocampo çıxışları Avropada lobbiçilik müzakirələrini gücləndirir”

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ocamponun videoları və çıxışları Avropa İttifaqında lobbiçilik, xüsusilə qərəzli lobbiçilik və korrupsiya halları ilə bağlı ciddi suallar yaradır”.

Bunu politoloq Şakir Ağayev xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, diaspor və maliyyə təsiri ilə fəaliyyət göstərən lobbiçilik Avropa institutlarında ciddi təsir imkanlarına malikdir:

“Bu məsələ yeni deyil və uzun müddətdir Avropa mətbuatında da gündəmdə saxlanılır. Bəzi hallarda araşdırmalar aparılır, müəyyən şəxslər məsuliyyətə cəlb edilir, amma problem tam aradan qalxmayıb və proses hələ də davam edir”.

Politoloqun sözlərinə görə, Ocamponun çıxışları bu reallığı bir daha ortaya çıxarır və Avropa İttifaqında daha geniş, obyektiv və sistemli araşdırmaların aparılmasına ehtiyac olduğunu göstərir.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
icma.az

1Mənbələr