AZ

Adımızı klubun tarixinə yazdırmaq istəyiriksə... Nottingem Forest in baş məşqçisi

ain.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Aston Villa"nı qəbul edəcək "Nottingem Forest"in baş məşqçisi Vitor Pereyra matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Ən əsası komanda şəklində özün ola bilmək, meydanda özünü yaxşı tərəfdən göstərməkdir. Yaxşı oynamaq və nəticə qazanmaq üçün durmadan işləmək lazımdır. Biz müsbət motivasiya ilə möcüzə yaratmağa qadirik. Özümüzlə qürur duya bilərik.

Adımızı klubun tarixinə yazdırmaq istəyiriksə, finala yüksəlməli və həlledici matçda qələbə qazanmalıyıq. Əlbəttə, Brayan Klaf ("Nottingem Forest"in baş məşqçisi qismində iki dəfə Avropa Çempionlar Kubokunu qazanan mütəxəssis - red.) bizim üçün ilham mənbəyidir. Bu həftə şəhərdə olmuşam və Klafın şərəfinə ucaldılmış böyük heykələ tamaşa etmişəm. Onun bu şəhər üçün nələr etdiyini təsəvvürümüzdə canlandırmalıyıq".

Qeyd edək ki, "Nottingem Forest" - "Aston Villa" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
fanat.az

2Mənbələr