“Araz-Naxçıvan”la oyundan sonra komandanın baş məşqçisi Kaxaber Sxadadzeyə bu haqda sual verildi, o isə “rəhbərlikdən soruşun” dedi. “Football-plus.az” bu barədə klubun mətbuat katibi Elnur Məmmədliyə sorğu ünvanladı. Elnur bəyin cavabı:
“Bununla bağlı klubun açıqlaması olacaq”.
Maraqlıdı, həmin açıqlama nə vaxt olacaq? Mövsüm bitəndən sonra? Görünür, doğrudan da, ciddi problemlər var. Hətta Turan Manafovun məşqdə Kaxaber Sxadadze ilə dalaşdığı da deyilir.
MÜZƏFFƏR QULUZADƏ