AZ

Toy karvanı fermanın yanından keçdi, 140 toyuq öldü

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Toy karvanı 140 toyuğun ölümünə səbəb olub.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda toy kortejinin quşçuluq fermasının yaxınlığından yüksək musiqi sədaları altında keçməsindən sonra 140 toyuq ölüb.

Hadisə aprelin 25-də Uttar Pradeş ştatının Sultanpur rayonunda baş verib.

Ferma sahibi Sabir Əlinin sözlərinə görə, toy karvanı saat 21:30-da fermanın yanından keçib.

Yüksək səs quşları qorxudub və bəzilərinin stressdən ölməsinə səbəb olub.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
1
www.bakupost.az

2Mənbələr