AZ

Rusiya ilə münasibətlərin normallaşması mümkün deyil - Kallas

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəhbəri Kaya Kallas bildirib ki, Ukraynada münaqişə başa çatdıqdan sonra belə Rusiya ilə “adi münasibətlərə” qayıdış olmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə o, Baltik və Şimali Avropa ölkələrinin xarici işlər nazirləri ilə keçirilən mətbuat konfransında danışıb. Onun sözləri Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi saytında dərc olunub.

Kallas qeyd edib ki, Avropa ölkələri Rusiya ilə normal əməkdaşlıq modelinə qayıtmağı istisna edir. O bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini, Moskvanın “hesabat verməsini” və beynəlxalq təcridin gücləndirilməsini müzakirə edir.

Eyni zamanda o, Rusiyanı “hibrid hücumlarda” ittiham edərək, bu fəaliyyətlərin “misilsiz miqyas aldığını” iddia edib. Kallas Avropa ölkələrini həmçinin Rusiya hərbçiləri üçün sərhədlərin daha da məhdudlaşdırılmasına çağırıb.

Rusiya tərəfi isə Avropa ilə münasibətlərin hazırkı səviyyəsini kəskin tənqid edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa ilə mövcud əlaqələri “faciəvi” adlandıraraq, tərəflər arasında ciddi qarşıdurma olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri isə Avropa ölkələrinin sürətli hərbiləşmə yolunu seçdiyini və açıq qarşıdurma ritorikasını gücləndirdiyini qeyd ediblər.

Moskva ilə Brüssel arasında gərginlik fonunda tərəflərin mövqelərində yaxınlaşma əlamətləri müşahidə olunmur.

NURİYYƏ

Seçilən
35
1
redaktor.az

2Mənbələr