Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur. 1news.az xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində; 12. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 13. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 14. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 16. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.