AZ

Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sosial Xidmətlər Agentliyi Zərdab rayonunda sosial həssas qrupların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində yeni addım atacaq.

BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün ümumilikdə 68 mənzilin satın alınması nəzərdə tutulur.

Bunlardan 34-ü üçotaqlı, 26-sı ikiotaqlı, 8-i isə birotaqlı olacaq.

Layihənin dəyəri 5 milyon 610 min 800 manat təşkil edir.

Qeyd edək ki, bu addım sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
baku.ws

1Mənbələr