AZ

Azərbaycan və Ermənistan iş adamları birbaşa əməkdaşlıq edəcəklər - Paşinyan

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 30-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ermənistan hökumət başçısı qeyd edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-birilə birbaşa işləyə bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi məhsul çeşidi genişlənə bilər.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur.

O, həmçinin vurğulayıb ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən erməni iş adamlarının adlarını açıqlamayacaq. Paşinyan bildirib ki, həmin iş adamlarının müəyyən dairələrin hücumlarına məruz qalmasını istəmir.
Seçilən
49
4
azvision.az

2Mənbələr