ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted”in futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” ingiltərəli hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Mançester Yunayted” Reşford üçün 40 milyon funt-sterlinq tələb edir.
27 yaşlı hücumçu başa çatan mövsümün ikinci dövrəsini “Aston Villa”da icarədə keçirib. O, Premyer Liqada 10 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.