AZ

Arda Turan: “Soyuqqanlı olmalı və oyun planına sadiq qalmalıyıq”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın “Şaxtyor Donetsk” komandasının baş məşqçisi Arda Turan Konfrans Liqasının yarımfinalında İngiltərənin “Kristal Palas” komandası ilə qarşılaşacaqları oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, oyun bu gün, 30 apreldə keçiriləcək. Komandalar Polşanın Krakov şəhərindəki “Meyski Henrik Reyman” stadionunda oynayacaqlar. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Daha yaxşı oynamaq və finala yüksəlmək istəyirik. Biz çox istəkliyik, amma yalnız emosiyaların təsiri altında hərəkət etsək, səhvlər edəcəyik. Soyuqqanlı olmalı və oyun planına sadiq qalmalıyıq”, - Turan UEFA-nın rəsmi saytında bildirib.

Cavab oyunu 7 may cümə axşamı günü İngiltərədə keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
icma.az

1Mənbələr