Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
Parlament qanunvericilik düzəlişlərini müzakirə etməyə başlayıb
Finlandiya Parlamenti hökumət tərəfindən irəli sürülən və nüvə silahlarının idxalına qoyulan qadağanı ləğv edən qanunvericilik düzəlişlərini müzakirə etməyə başlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, düzəlişləri təqdim edən müdafiə naziri Antti Häkkänen bildirib ki, "gələcəkdə nüvə partlayıcı maddələrin Finlandiyaya idxalı, eləcə də onların Finlandiyada daşınması, çatdırılması və ya saxlanması, əgər bu fəaliyyətlər Finlandiyanın hərbi müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı ilə əlaqəlidirsə, icazə veriləcək".
O qeyd edib ki, Finlandiyada bütün hallarda nüvə partlayıcı maddələrin əldə edilməsi, istehsalı, hazırlanması və partladılması, eləcə də nüvə partlayıcı maddələrin istehsalı ilə bağlı tədqiqatlar nüvə partlayıcı maddələrlə bağlı cinayət əməli olaraq qalacaq və qanunla cəzalandırılacaq.
O bu sahədə qanunvericilikdə dəyişiklik edilməsinin zəruriliyini "40 il əvvəl qadağanın qəbul edildiyi dövrdə qlobal siyasi vəziyyətin bu günkündən çox fərqli olduğu” ilə əsaslandırıb. Deyib ki, Finlandiya hərbi cəhətdən birləşməmiş bir ölkə idi".
Häkkänen bildirib ki, "söhbət “Soyuq müharibə”dən bəri ən təhlükəli olan əməliyyat mühitində Finlandiyanın və müttəfiqlərimizin təhlükəsizliyinin təmin edilməsindən gedir."
Müdafiə naziri bildirib ki, "mövcud qanunvericiliyimiz NATO üzvü kimi Finlandiyanın ehtiyaclarını ödəmir. Düzəlişlər Finlandiyanın hərbi müdafiəsini təkmilləşdirəcək və NATO-nun çəkindirmə və kollektiv müdafiəsindən tam istifadə etməyə imkan verəcək".
O əlavə edib ki, Finlandiya həm milli, həm də Alyans daxilində beynəlxalq silah nəzarətini və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasını fəal şəkildə təşviq etməyə davam edəcək.
Müdafiə naziri təklif olunan düzəlişlərin "mümkün qədər tez" tətbiq olunmasına çağırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.