Bakı, 30 aprel, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə gənclər kateqoriyasında dörd proqramda ilk mükafatçılar bəlli olub.
Halqalarda Kseniya Savinova (AİN) qızıl, Patrisiya Stançiu (Rumıniya) gümüş, Sofiya Kulikova (Ukrayna) bürünc medal qazanıb.
Topla hərəkətlərin icrasında Kseniya Savinova (AİN) birinci, Aleksandra Petrova (Bolqarıstan) ikinci, Sabina Kagirova (Özbəkistan) üçüncü yeri tutub.
Gürz proqramında Nita Jamagidze (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İana Zaikina (AİN) gümüş, Sofia Krainska (Ukrayna) bürünc mükafata sahib çıxıb. Lentlərdə isə İana Zaikina (AİN) birinci, Dea Emilova (Bolqarıstan) ikinci, Alis Rozenberq (İsrail) üçüncü olub.
Qeyd edək ki, bu gün start götürən yarışda 31 ölkədən, ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir. Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.
Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.