AZ

İstedad sərhəd tanımır Beyləqanda “İnklüziv Yaradıcı Sənətlər Festivalı”

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Beyləqan, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Beyləqan Rayon Niyazi adına Uşaq Musiqi Məktəbində “İnklüziv Yaradıcı Sənətlər Festivalı” layihəsi çərçivəsində tədbir təşkil olunub. Festival Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi tərəfdaşlığı, “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Beyləqan Niyazi adına Uşaq Musiqi Məktəbinin dəstəyi ilə baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, inklüziv dəyərlərin təbliği və yaradıcı sənətlər vasitəsilə sosial fəallıqlarının artırılmasına dəstək göstərmək olub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər festivalın əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, belə layihələr hər kəsə öz istedadını ifadə etmək imkanı yaradır, yaradıcılıq isə cəmiyyətdə birliyin və anlaşmanın güclənməsinə xidmət edir. Bu kimi inklüziv layihələr sosial inteqrasiyanın gücləndirilməsi və bərabər imkanların təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bədii hissədə musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub. Səhnəyə çıxan hər bir iştirakçı öz istedadı və çıxışı ilə bir daha sübut edib ki, yaradıcılığın və istedadın sərhədi yoxdur.

Müxbir – Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
azertag.az

1Mənbələr