AZ

Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib

2026-cı il üçün namizədlər siyahısı gizli saxlanılır...

ABŞ prezidenti Donald Tramp 2026-cı il üzrə Nobel Sülh Mükafatına namizədlər arasında yer alıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb..

Məlumata görə, Trampın namizədliyi Kamboca, İsrail və Pakistan liderlərinin əvvəlki açıqlamaları ilə əlaqələndirilir. Həmin ölkələrin rəhbərləri daha öncə onun Nobel Sülh Mükafatına irəli sürülməsi niyyətində olduqlarını bəyan ediblər. Bununla belə, Nobel Komitəsi namizədlərin siyahısını ənənəvi olaraq gizli saxladığı üçün bu məlumatı rəsmi şəkildə təsdiqləmək mümkün deyil.

Qeyd olunur ki, 2026-cı il üzrə Nobel Sülh Mükafatına ümumilikdə 208 nəfər və 79 təşkilat namizəd göstərilib. Nobel Komitəsi tərəfindən təqdim olunan bu siyahı əvvəlki illərlə müqayisədə daha müxtəlif hesab olunur.

Kristian Berq Harpviken bildirib ki, bu il namizədlər arasında “çoxlu yeni simalar” yer alıb və bu, mükafata marağın artdığını göstərir. Onun sözlərinə görə, beynəlxalq siyasi və humanitar gündəmin dəyişməsi namizədlərin tərkibinə də təsir edib.

2026-cı il üzrə Nobel Sülh Mükafatının qalibinin adı 9 oktyabr tarixində açıqlanacaq.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr