AZ

“Ask YouTube” funksiyası sınaqdan keçirilir  

“YouTube” klassik axtarış sistemini süni intellektlə tamamilə dəyişməyə hazırlaşır. Platformanın sınaqdan keçirdiyi “Ask YouTube” (“YouTube-dan soruş”) adlı yeni funksiya istifadəçilərə yalnız videoların siyahısını deyil, həm də süni intellekt tərəfindən hazırlanmış xülasələri, zaman damğalarını və mövzu ilə bağlı əlavə məlumatları təqdim edir.

“YouTube Labs” vasitəsilə təqdim edilən bu alət mürəkkəb sualları cavablandırmaq qabiliyyətinə malikdir. Məsələn, istifadəçi “San-Fransisko və Santa-Barbara arasında 3 günlük səyahət planı hazırlayın” dedikdə, sistem uyğun videoları seçməklə yanaşı, həm də mətn formatında konkret marşrut təklif edir. Artıq axtarış çubuğunda təklif olunan əmrləri seçmək və ya birbaşa şəxsi sualları yazmaq mümkündür.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr