AZ

"Gemini" artıq bu faylları da hazırlaya bilir

"Google" şirkətinin "Gemini" süni intellekt platforması yeni versiyanı təqdim edib. Metbuat.az xəbər verir ki, artıq istifadəçilər yazdıqları sorğunu birbaşa fayl şəklində yükləyə bilirlər. Sistem sadə işləyir: istəyi yazırsan, nəticəni PDF, TXT, CSV və ya digər formatlarda "export" edirsən. Bu, kopyala-yapışdır mərhələsini aradan qaldırır. "Gemini" həmçinin "Google Docs", "Google Sheets" və "Google Slides" ilə işləyir, eləcə də "Word" və "Excel" faylları yarada bilir. "LaTeX" dəstəyi isə xüsusilə elmi işlərdə istifadə üçün önəmlidir.

Sözügedən funksiya artıq qlobal olaraq bütün istifadəçilər üçün aktivdir.

Seçilən
44
metbuat.az

1Mənbələr