AZ

Gündə 1 qaşıq limon şirəsinin inanılmaz faydası

Gündəlik qidalanmaya limon əlavə etməyin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma nəticələri açıqlanıb.Metbuat.az xəbər verir ki, 2026-cı ildə dərc olunan tədqiqatda limon şirəsinin yeməklə birlikdə qəbul edildikdə qanda şəkərin yüksəlməsini azaltdığı müəyyən olunub. Araşdırmaya görə, limon və C vitamini qəbul edən şəxslərdə yeməkdən sonra qlükoza səviyyəsi daha aşağı və daha stabil olub. Mütəxəssislər bildirir ki, limonun tərkibindəki C vitamini və antioksidantlar həm immun sistemini gücləndirir, həm də orqanizmdə iltihabı azalda bilər. Bundan əlavə, limonun müntəzəm istifadəsi ürək sağlamlığına da müsbət təsir göstərə, damarların fəaliyyətini dəstəkləyə bilər.

Həkimlər qeyd edir ki, limon faydalı olsa da, həddindən artıq istifadə xüsusilə mədə və dişlər üçün problem yarada bilər, buna görə gündəlik miqdarın balanslı saxlanılması tövsiyə olunur.

Seçilən
36
7
metbuat.az

10Mənbələr