AZ

Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçirilib. Matç "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

""Neftçi"ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular. Öz fubtolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Futbolçulara dedim ki, bu oyunda rəqib daha hazırlıqlı və daha aktiv olacaq. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Bizə xeyli gün istirahət lazımdır. 4 gündən sonra oyun olacaq. ÇL-dən uzaq olsaq da, hələ də sıx qrafik içindəyik. Bu il futbolçularımız üçün çox yaxşı təcrübəli il oldu. Biz məşqçilər üçün də. Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq, futbolçularıma təşəkkür edirəm".

- Düşünmürsüz ki, 1:5 hesabı rəqibə əlavə motivasiya verdi?

- 100 faiz. Onların yaxşı hazırlıq proqramları olmuşdu. Gözləyirdim ki, bu gün "Neftçi"nin futbolçuları daha hazırlıqlı olacaqlar. Ola bilər ki, rəqibə ciddiyət də vermişdi. Haqları idi.

Seçilən
1
publika.az

1Mənbələr