AZ

Azərbaycanda ilk və tək məkan Autizmli şəxslərin əl işləri olan Kaşalata dan FOTOLAR

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bir gün oğlum yemək yeyərkən qaşığa baxdı və dedi "kaşık", "salata", sonra da "Kaşalata" sözünü təkrarladı. O zamanlar Türkiyədə yaşayırdım və düşünürdüm ki, bir gün kafe açsam adını "Kaşalata" qoyacağam".

Bu sözləri “Azərsun Holdinq” ölkədə ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlim zamanı Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova söyləyib.Aytən xanımın hekayəsi 21 il əvvəl oğlu Həmzəyə autizm spektr pozuntusu diaqnozu qoyulması ilə başlayır. Bu xəbər bir ana üçün dünyaların yıxıldığı an olsa da, o, həyatını kökündən dəyişən o günü belə xatırlayır:“Həkimlərin söylədiyi o ağır sözlərdən sonra anladım ki, qarşımda iki yol var. Ya kədərə qərq olub hamıdan gizlənməli idim, ya da oğlum üçün döyüşməliydim. İkinci yolu seçməyin ona verəcəyi zərəri dərk edərək, qətiyyətlə mübarizəni seçdim.”Bu seçim təkcə Həmzənin deyil, yüzlərlə autizmli uşağın həyatına işıq tutan yolun başlanğıcı oldu. Aytən xanım əvvəlcə özü araşdırmalar apararaq oğlunun ilk müəllimi oldu, daha sonra isə bu təcrübəsini institusional müstəviyə daşıyaraq 2013-cü ildə “Birgə və Sağlam” İctimai Birliyini təsis etdi.Cəmiyyətimizdə autizmli fərdlərə qarşı bəzən yersiz qorxu və ya təcridetmə meylləri müşahidə olunur. Aytən Eynalova bu vəziyyəti çox dəqiq diaqnozla izah edir. Autizm insanları fərqli bir təbəqəyə aid etmir, sadəcə onlar dünyaya fərqli reaksiya verirlər.Onun fikrincə, bu uşaqlarla işləməyin yeganə və universal "resepti" sevgidir. O qeyd edir ki, sevginin aça bilməyəcəyi heç bir qapı yoxdur. Xüsusi uşaqların tənhalığa meyl etməsi isə onların bunu sevməsindən deyil, qorxduqlarından və özlərini qaranlıqda hiss etmələrindən qaynaqlanır.Bu gün mənzərə tamamilə fərqlidir. Artıq həmin "xüsusi" gənclər cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilirlər. Bunun ən bariz nümunəsi ideyası Həmzəyə məxsus olan “Kashalata” kafesidir. Bu layihə sayəsində autizmli gənclər nəinki sosiallaşır, həm də peşəkar əmək bazarına daxil olurlar.İnklüzivlik təkcə xüsusi ehtiyacı olan insanlar üçün deyil, bütün cəmiyyət üçün faydalıdır. Araşdırmalar göstərir ki, həyatında bir dəfə də olsa əlilliyi olan şəxslə təmasda olan insanlarda mərhəmət və empatiya hissi daha yüksək olur.Autizm həyatın sonu deyil, sadəcə fərqli rəngdir. Əgər biz bu fərqlilikləri "parlaq daşlardan ibarət bir mozaika" kimi qəbul etməyi öyrənsək, hər kəs üçün daha ədalətli və yaşanıla bilən dünya qura bilərik.Qeyd edək ki, “Azərsun Holdinq” illərdir davamlı şəkildə ölkədə inklüzivlik, sosial ədalət və rifahın artırılması istiqamətində mühüm addımlar atır. “Kaşalata” ilə olan bu əməkdaşlıq da həmin təşəbbüslərin növbəti uğurlu nümunəsidir.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
demokrat.az

1Mənbələr