AZ

Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı

Macarıstanlı cərrah küçənin ortasında təcili ürək əməliyyatı edib.

Publika.az xəbər verir ki, bu barədə Budapeştdəki Milli Onkologiya İnstitutu (MOİ) məlumat yayıb.

Ötən bazar günü Macarıstan Sanitariya Aviasiya Xidmətinin təcili yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerində həkimlər sinəsindən bıçaq yarası almış və vəziyyəti sürətlə pisləşən 30 yaşlı kişi ilə qarşılaşıblar.

Xəstəxanaya çatdırılma pasiyentin həyatı üçün böyük risk yaratdığı üçün MOİ-nin baş cərrahı, sanitariya aviasiyasında könüllü kimi çalışan Jolt Duboçki yaralını dərhal yerindəcə əməliyyat etmək qərarına gəlib.

Cərrah döş qəfəsini açaraq cəmi yeddi dəqiqə ərzində döyünən ürəyi tikib. Bundan sonra yaralının vəziyyətini sabitləşdirmək mümkün olub.

Seçilən
69
publika.az

1Mənbələr