AZ

Verstappen "Nürburqrinqin 24 saatı"nın final seçməsinə düşə bilmədi

Dördqat Formula 1 dünya çempionu Maks Verstappen və onun komandası “Mercedes-AMG GT3” ilə birlikdə Nürburqrinqdə keçiriləcək 24 saatlıq yarışın seçmə mərhələsinin final hissəsinə birbaşa vəsiqə qazanan beş komanda arasında yer almayıb.

90deqiqe.Az xəbər verir ki, apreldə keçirilən seçmə yarışların nəticələrinə əsasən, artıq beş heyət final seçmə mərhələsinə vəsiqəni təmin edib. Bunlar “Ferrari”, “Audi”, “Mercedes”, “BMW” və “Lamborghini” komandalarıdır.

Verstappen və komanda yoldaşları Daniel Xunkadelya, Lukas Auer və Jül Qunon isə həlledici mərhələyə yüksəlmək üçün ikinci və üçüncü seçmə mərhələlərdə mübarizə aparmalı olacaqlar.

Yeni qaydalara əsasən, 2026-cı ildən SP9-Pro kateqoriyasında çıxış edən komandalar hər seçmə mərhələsində fərqli pilotlardan istifadə etməlidirlər. Bu da yalnız bir “sürətli dövrə ustası”na güvənməyi mümkünsüz edir.

Ümumilikdə final mərhələyə 12 komanda vəsiqə qazanacaq, onlardan 7-si yarış həftəsonu ərzində müəyyənləşəcək.

Yarış 16–17 may tarixlərində keçiriləcək.

Seçilən
46
90deqiqe.az

1Mənbələr