AZ

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan derbisini Kamranbəy Rəhimov idarə edib.

"Neftçi" bu matçda qələbə qazanaraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda isə 59 xalla ikinci pillədədir.

Misli Premyer Liqası

21-ci tur (təxirə salınmış matç)

20:00 "Neftçi” – “Qarabağ” 2:1

Qollar: Emil Səfərov, 55, Bassala Sambu, 90+1 - Elvin Bədəlov, 85 (avtoqol)

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov “Palms Sports Arena”


Bizim.Media

Seçilən
19
6
bizim.media

7Mənbələr