“Mançester Yunayted” Rafael Leaonı heyətinə qatmaq üçün “Milan”la futbolçu mübadiləsi variantını nəzərdən keçirir.
Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Qırmızı şeytanlar” sözləşməyə bir neçə futbolçunu daxil etməyə hazırdır. Onların arasında Manuel Uqarte, Markus Reşford və Coşua Zirkze kimi adlar yer alır.
Bundan əlavə, İngiltərə klubu transferi tamamlamaq üçün əlavə maliyyə kompensasiyası da təklif edə bilər.
Leao “Milan”a 2019-cu ildə, “Lill”dən 49 milyon avro qarşılığında transfer olunub. Onun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədərdir.
Portuqaliyalı hücumçu cari mövsümdə 28 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.