AZ

Messini geridə qoydu, tarixə keçdi

Fanat saytına istinadən ain.az xəbər verir.

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında uzun illərdir qırılmayan rekordlardan biri yenilənib.

Fanat.Az xəbər verir ki, "Atletiko Madrid"in hücumçusu Xulian Alvares "Arsenal"la matçda vurduğu qolla adını tarixə yazdırıb.

26 yaşlı forvard turnir tarixində 25 qol həddinə ən tez çatan argentinalı futbolçu olub. O, bu göstərici ilə dünya futbolunun əfsanəsi Lionel Messini qabaqlamağı bacarıb.

Belə ki, Alvares bu nəticəyə cəmi 41 oyunda nail olduğu halda, Messi eyni sayda qolu 42-ci matçında vura bilmişdi. Gənc ulduzun bu möhtəşəm performansı onu hazırda qitənin ən effektiv hücumçularından biri kimi bir daha sübut edir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
fanat.az

2Mənbələr