AZ

ABŞ generalı: Rusiya İrana dəstək göndərib...

Konqres dinləmələrində Moskvanın rolu ilə bağlı iddialar səsləndirilib...

Poliqon xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Kişon Keyn Konqresdə keçirilən dinləmələr zamanı Rusiyanın İrana ABŞ-yə qarşı hərbi qarşıdurma fonunda müəyyən formada dəstək göstərdiyini bildirib.

Generalın sözlərinə görə, Rusiya İran hərbçilərinin ABŞ-a qarşı müqavimətini gücləndirmək məqsədilə “müəyyən addımlar” atıb. O, bu barədə senator Rocer Uikerin Moskvanın regiondakı fəaliyyətləri ilə bağlı sualına cavab verərkən danışıb.

Uiker çıxışı zamanı Rusiyanın ABŞ-ın İrandakı uğurlarını zəiflətməyə çalışdığını iddia edib və Keyndən bu məlumatı şərh etməsini xahiş edib. General isə bu fikirlə razılaşdığını bildirib.

Keyn qeyd edib ki, açıq dinləmələrdə detallı məlumat vermək mümkün deyil, lakin “şübhəsiz ki, müəyyən fəaliyyətlər həyata keçirilib”. O, konkret əməliyyatlar barədə açıqlama verməkdən çəkinib.

Analitiklərin fikrincə, bu cür bəyanatlar ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artdığını və Yaxın Şərqdə geosiyasi rəqabətin dərinləşdiyini göstərir.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr